Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.12.2025 | 16:06 | Baxılıb: 1362
“Şamaxı”nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb.

“birdenem.az” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 5 il azadlıqdan məhrum edilib. 

Amma ona 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub. 

A.Nağıyev Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan “Şamaxı” – “Kəpəz” və ötən mövsüm Azərbaycan Kubokunun 1/8 finalında keçirilmiş “Zirə” – “Şamaxı” matçlarının nəticəsini manipuliyasiya etməkdə günahlandırılıb. 

Həmin oyunlarda o, komandasının məğlubiyyətinə mərc edib. Bunda isə A.Nağıyevə komanda yoldaşı Georgi Kantariya köməklik göstərib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.