Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.15.2025 | 13:34 | Baxılıb: 516
İranın xarici işlər naziri Seyid Abbas Araqçı dekabrın 17-də Moskvaya rəsmi səfər edəcək. 

“birdenem.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. 

Səfər çərçivəsində İranın XİN rəhbərinin rusiyalı həmkarı Sergey Lavrovla danışıqları planlaşdırılıb.

Görüş zamanı tərəflərin aktual beynəlxalq məsələləri müzakirə edəcəyi, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparacağı gözlənilir. 

Xatırladaq ki, iranlı nazirin daha sonra Minskə də səfəri planlaşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.