
“birdenem.az” xəbər verir ki, klub cəmi üç dəqiqə ərzində vurulan qollarla mühüm qələbəyə imza atıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Oyunda hesabı 61-ci dəqiqədə Luka Meyrelles açıb. Cəmi üç dəqiqə sonra - 64-cü dəqiqədə İsak fərqlənərək, komandasının üstünlüyünü artırıb.
Bu qələbə “Şaxtyor Donetsk”in xalını 12-yə yüksəldib və komanda qrupda ikinci pillədə qərarlaşıb. “Hamrun” isə 3 xalla sonuncu yerdədir.
Arda Turanın komandası Konfrans Liqasının son turunda öz meydanında “Rijeka”nı qəbul edəcək. “Hamrun” isə səfərdə “Şemrok Rovers”lə qarşılaşacaq.