Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.15.2025 | 17:15 | Baxılıb: 1004
Qax rayonunda avtomobil qəzası baş verib. 

“birdenem.az"in məlumatına görə, hadisə rayonun Qıpçaq kəndi ərazisində baş verib.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən cıxaraq yol kənarındakı dirəyə çırpılıb. Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.