Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.12.2025 | 12:48 | Baxılıb: 1648
Bakıda evdən 27 yaşlı oğlanın meyiti tapılıb.

“birdenem.az” xəbər verir ki, hadisə dekabrın 11-i saat 21 radələrində Binəqədi rayonunda baş verib.

Masallı rayon sakini 1998-ci il təvəllüdlü Mirəli Cəmil oğlu Gözəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı M. Ə. Rəsulzadə qəsəbəsindəki evdə aşkar edilib.

Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. Dekabrın 11-i saat 08 radələrində 1981-ci il təvəllüdlü Aytəkin Fəxrəddin qızı Mirzəyevanın meyiti yaşadığı Mingəçevir küçəsindəki evdə tapılıb.

Hadisələrlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.