Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bakıda İsrailə dəstək aksiyası” adlı bu fotolar saxtadır - Faktlar
 
						“Bakıda İsrailə dəstək aksiyası” adlı bu fotolar saxtadır 
							 - Faktlar
Əlavə olunub: 05.08.2024 | 12:54 | Baxılıb: 1586
Azərbaycana qarşı davamlı olaraq saxta məlumatlar yayması ilə tanınan, özünü Tehranın ATU universitetinin beynəlxalq əlaqələr üzrə PhD, Qafqaz üzrə ekspert kimi təqdim edən Ehsan Movahedian “X” platformasında bu qəbildən olan növbəti məlumatını paylaşıb. O, əllərində İsrail və Azərbaycan bayraqları tutmuş bir neçə gəncin fotosuna belə bir şərh yazıb: “Bakıda yaramaz insanlar küçərlərə çıxaraq sianoist rejimin Qəzza bölgəsindəki Rəfaha hücumunu və uşaq qatili olan faşist rejimi dəstəkləməyə çıxıblar. Anoloji halı hazırda Avropa və Amerikada da görmək mümkün deyil”.

Movahedianın bu paylaşımını az sonra Rusiyanın “Vkontakte” sosial platformasında qeydiyatdan keçmiş “Arsax və Ermənistan” səhifəsi "Bakıda İsrailə dəstək aksiyası" şərhi ilə;

Braziliayada yaşayan erməniəsilli jurnalist Rogerio Anitablian isə "Azərbaycanlılar İsrailə dəstək üçün küçələrə axışıblar" şərhi paylaşıblar.

“birdenem.az” xəbər verir ki, “Faktyoxla Lab.” bu məlumatın doğru olub-olmadığını araşdırmağa çalışıb.

“Tərsinə foto axtarış” metodu ilə axtarışa verdikdə, bəlli olur ki, foto 10 oktyabr 2023-cü ildə Kanadanın Toronto şəhərində “Mel Lastman” meydanında çəkilib. Bu barədə “X” platformasında qeydiyyatda olan “Azeri Times” profili paylaşım edib. Həmin şəxslərin Azərbaycandan köçüb getmiş yəhudiəsillilər olması ehtimal edilir.  

Fotoları “google maps” vasitəsilə analizi zamanı aşağıdakı detallar aşkar edildi ki, bunlar da iddialarımızı təsdiqləyir:

Nəticə:

- Azərbaycana qarşı saxta məlumatlar yayması ilə tanınan iranlı təxribatçı Ehsan Movahedianın və erməni istifadəçilərin paylaşdığı fotolar yeni deyil və Bakıda çəkilməyib.

- Bu cür paylaşımlar Azərbaycana qarşı aparılan məkrli kampaniyanın tərkib hissəsidir.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.