Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.16.2025 | 05:47 | Baxılıb: 5424
İtaliya Baş naziri Corciya Meloni Romada Mozambik Prezidenti Daniel Çaponu qəbul edib.

“birdenem.az” xəbər verir ki, Mattei Planı çərçivəsində enerji, ticarət və əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüş təkcə rəsmi gündəliyi ilə deyil, həm də iki lider arasındakı heyrətamiz boy fərqi ilə xəbər başlıqlarına çıxıb.

Belə ki, liderlərin yan-yana dayandıqları fotoşəkillər nəzərəçarpacaq boy fərqi səbəbindən sosial mediada tez bir zamanda yayılıb.

1.58 metr boyunda Meloni ilə 2.04 metr boyunda olan 48 yaşlı Çaponun şəkillərində Meloninin təəccübü üzündə aydın görünüb. Bu anlar kameraya düşüb və nəticədə yaranan görüntülər sosial mediada tez bir zamanda yayılıb.

İki lideri eyni kadrda çəkmək istəyən jurnalistlər də çətinliklərlə üzləşiblər. 



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.