
“birdenem.az” xarici mətbuata istinadən xəbər verir ki, hadisə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda İspaniyada “Atletik”in (Bilbao) qonağı olan zaman baş verib.
Belə ki, futbolçuların yerləşdiyi hotelin yaxınlığında avtobus daş-qalaq edilib. Bu zaman içərisi boş olub. Oyundan sonra Paris təmsilçisi hava limanına getməkdə çətinlik çəkib.
Qeyd edək ki, Bilbaoda keçirilən “Atletik” - PSJ matçı qolsuz bərabərliklə başa çatıb.
Xatırladaq ki, ötən gün oyun öncəsi də fransız klubunun təyyarəsi hava şəraitinə görə təhlükəli vəziyyətə düşmüşdü. Pilot çətinliklə təyyarəni endirmişdi.