
“birdenem.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumat hadisədən sonra Avstraliya hökumətinin təşkil etdiyi mətbuat konfransında açıqlanıb.
Bildirilib ki, insanlara atəş açanlar Sajid Akram adlı ata və oğlu Navid olub.
“Cinayəti törədən şəxslər 50 yaşlı ata və onun 24 yaşlı oğludur. 50 yaşlı şəxs öldürülüb, 24 yaşlı şəxs isə hazırda xəstəxanadadır”, - polis komissarı Mol Lanyon açıqlamasında bildirib.
Onun sözlərinə görə, terror aktını törədən atanın adına lisenziyalı 6 silah olub. Cinayət yerində və onların yaşadığı ünvanda aparılan axtarış zamanı eyni sayda silah aşkar edilib.
Xatırladaq ki, ötən gün Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib. Ən son məlumata görə, hadisə nəticəsində aralarında uşaqların da olduğu 16 nəfər həlak olub.