Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.11.2025 | 11:07 | Baxılıb: 927
Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə Suriyanın informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.

“birdenem.az” xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.