Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
 
						Elçin Quliyev III Çarlzla bir arada 
							 - Fotolar
Əlavə olunub: 05.06.2024 | 15:51 | Baxılıb: 15794
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb.

“birdenem.az” xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub.

E.Quliyev III Çarlzla birlikdə atların yarışını izləyib.

Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu 1-5 may tarixlərində Vindzor qəsrinin ərazisində keçirilib.

Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.