Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.09.2025 | 10:38 | Baxılıb: 1313
Macarıstan Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya qazının Türkiyə ərazisi vasitəsilə Macarıstana daşınmasının davam etdirilməsinə dair zəmanətlər barədə razılığa gəlib. 

“birdenem.az” xəbər verir ki, bu barədə məlumatı Türkiyədə səfərdə olan V.Orban mətbuat konfransında açıqlayıb.

“Prezident Ərdoğanla razılığa gəldik və bu razılığa əsasən, Türkiyə Macarıstanın Rusiyadan qaz ala biləcəyi marşrutu təmin edəcək”, - Baş nazir bildirib.

O xatırladıb ki, Budapeşt 2025-ci ildə “Türk axını” qaz kəməri vasitəsilə 7,5 milyard kub metr qaz əldə edib. 

Qeyd edək ki, V.Orban dekabrın 8-də Türkiyəyə səfər edib və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.