Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.15.2025 | 13:03 | Baxılıb: 616
Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin bu gün keçiriləcək iclasında Ermənistan da müzakirə ediləcək. 

“birdenem.az” “News.am”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. 

“Növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”, - Aİ rəsmisi deyib.

Xatırladaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. K.Kallas daha əvvəl həmin seçkilər ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirməyə başladığını iddia etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.