Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.15.2025 | 22:18 | Baxılıb: 3320
Minaya düşərək həlak olan “Gizir Xanı”ya şəhidlik statusu verilib.

“birdenem.az"in məlumatına görə, sentyabrın 23-ü Ağdamın Mirəşelli kəndi ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.

S.Əhmədovun ailəsi və yaxınları məlumatı saytımıza təsdiqləyib.

Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsində də könüllü olaraq döyüşüb.

Məlumatla bağlı Ağdam Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin sentyabrında ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olmuş Əhmədov Səyyaf Fiqan oğluna mülki şəhid statusunun verilməsi barədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam verilib.

Sərəncamla mərhumun həyat yoldaşı və övladları şəhid ailəsinin üzvü qismində tanınıblar.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.