Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.11.2025 | 07:28 | Baxılıb: 932
Goranboyda iki nəfər bıçaqlanıb.

“birdenem.az” xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər.

A.Məmmədovun vəziyyəti ağır, V.İsmayılovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, hadisəni onların qonşusu, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun törətdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “birdenem.az”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məmmədova və V.İsmayılova kesici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb. Araşdırmalar davam etdirilir

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.