Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Göyçayda mağazalardan kəsici-deşici alətlər yığışdırıldı - Foto
 
						Göyçayda mağazalardan kəsici-deşici alətlər yığışdırıldı 
							 - Foto
Əlavə olunub: 05.06.2024 | 19:31 | Baxılıb: 1025
Göyçay RPŞ-nin əməkdaşları kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçiriblər.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “birdenem.az”ya verilən məlumata görə, şəhər ərazisində yerləşən 4 mağazadan ümumilikdə 82 ədəd xəsarət yetirmək təyinatına malik, satış üçün nəzərdə tutulan bıçaq və digər kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.