Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.14.2025 | 11:48 | Baxılıb: 836
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“birdenem.az” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Üçtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini İlham Qurbanov “KİA” markalı maşınla Kəlbəcər rayonundan məcburi köçkün olan, hazırda Üçtəpə kəndində yaşayan 1965-ci il təvəllüdlü Mehralı Mamedovu vurub. 60 yaşlı piyada aldığı xəsarətlərdən elə hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.