Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcəklər
 
						Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcəklər
Əlavə olunub: 05.07.2024 | 23:57 | Baxılıb: 1360
Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxsləri cərimələyəcək.

“birdenem.az” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin sosial şəbəkə hesablarında məlumat verilib.

Bildirilib ki, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.

Qaydaları pozanlar təxminən 2 675 ABŞ dolları məbləğində cərimə ediləcək. Həmçinin həmin şəxslər deportasiya olunacaq. Qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.