Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.15.2025 | 14:44 | Baxılıb: 1077
Salyanda zəncirvari qəza baş verib. 

“birdenem.az"in məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Opel” və “Mercedes” markalı avtomobillər qarşıda gedən “TIR”la toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri - 1988-ci il təvəllüdlü Vahid Xandadaş oğlu Məhərrəmov, 1982-ci il təvəllüdlü Vüsalə Kamil qızı Kamilova, 1983-cü il təvəllüdlü Mərahim Ələddin oğlu Qafarov və 1978-ci il təvəllüdlü Məmmədağa Sədyət oğlu Sultanov müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.