Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İki aya yaxındır bu səfərə hazırlaşırdıq” - Video
 
						“İki aya yaxındır bu səfərə hazırlaşırdıq” 
							 - Video
Əlavə olunub: 05.06.2024 | 15:42 | Baxılıb: 3446
“Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm”.

“birdenem.az” xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Cıdır düzündən yayımladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, bu səfərə iki aya yaxın müddətdə hazırlıq görülüb: “Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox böyük təəssürat yaratdı. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu gün Şuşadan başqa, mən hökumət nümayəndələri ilə görüşmək, şəhəri görmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə də səfər edəcəyəm”.

O, həyat yoldaşı ilə Şuşada çox səmimi şəkildə qarşılandığını da vurğulayıb.

Xatırladaq ki, səfir Mark Libbi xanımı Danusia Libbi ilə birlikdə bu gün Şuşaya səfər edib

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.