“birdenem.az” xəbər verir ki, bu haqda Ukrayna millisinin baş məşqçisi Viktor Slobodyanyuk məlumat yayıb.
Qeyd edək ki, 30 yaşlı Peleşenko 2022-ci ilin fevralında başlayan müharibənin ilk günlərindən Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb.
Aleksandr Peleşenko 2016 və 2017-ci illərdə 85 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. 2016-cı ildə Rioda keçirilən Olimpiya Oyunlarında dördüncü yeri tutub.
2018-ci ilin aprelində Peleşenko dopinqdən istifadə etdiyinə görə 2026-cı ilə qədər yarışlardan kənarlaşdırılmışdı.