“birdenem.az” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” qəzeti yayıb.
Bildirilir ki, İsrail ordusu Rəfahın şərq hissəsində HƏMAS hədəflərinə zərbələr endirir.
Xatırladaq ki, mayın 6-da HƏMAS-ın İsraillə atəşkəsə razılaşdığı barədə məlumat yayılıb. Bununla belə, İsrail hökuməti Rəfahda hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.
***
İsrail Müdafiə Ordusunun Mətbuat xidmətinin yaydığı məlumata görə, israilli hərbçilər Qəzza və Misir sərhədində “Rəfah” nəzarət-buraxılış məntəqəsinə nəzarəti ələ keçiriblər:
“Kəşfiyyat məlumatlarına görə, “Rəfah” nəzarət-buraxılış məntəqəsindən terror məqsədləri üçün istifadə edilib. İsrail Müdafiə Ordusunun qoşunları Qəzza zolağı tərəfdən məntəqəyə nəzarəti təmin etməyə nail olub”.