Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İsrail Rəfah əməliyyatını davam etdirəcək
 
						İsrail Rəfah əməliyyatını davam etdirəcək
Əlavə olunub: 05.06.2024 | 23:56 | Baxılıb: 1189
İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.

“birdenem.az” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək”, - bəyanatda bildirilir.

Eyni zamanda, İsrail Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.