Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.16.2025 | 07:32 | Baxılıb: 2004
“Duoyi” onlayn oyun şirkətinin təsisçisi, 48 yaşlı çinli milyarder Xu Bo ABŞ-də fəaliyyət göstərən surroqat agentlikləri vasitəsilə 100-dən çox ABŞ doğumlu uşaq sahibi olduğunu açıqlayıb.

“birdenem.az” xəbər verir ki, Xunun gələcəkdə uşaqlarından birinin amerikalı sahibkar və iş adamı İlon Maskın övladlarından biri ilə evlənməsini arzuladığı bildirilir.

Özünü “Çinin ilk atası” adlandıran Xu Bo ictimai çıxışlarında ən azı “50 yüksək keyfiyyətli oğul” sahibi olmağı planlaşdırdığını deyib.

Daha sonra “Duoyi” şirkəti açıqlamasında Xunun ABŞ-də surroqat analar vasitəsilə 100-dən çox uşaq sahibi olduğunu qeyd edib.

Xunun keçmiş sevgilisi Tanq Czin iddia edib ki, Xu Bonun 300-dən çox uşağı var və onlardan 11-ni illərlə özü böyüdüb. Onun sözlərinə görə, “bu rəqəm hətta az da ola bilər, amma qətiyyən şişirdilmiş deyil”.

Hazırda tərəflər birlikdə sahib olduqları iki qız övladının qəyyumluğu ilə bağlı hüquqi mübarizə aparırlar. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.