Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.16.2025 | 14:04 | Baxılıb: 1857
Yunanıstanın paytaxtı Afina şəhərində sərxoş halda avtomobil idarə edən şəxslərlə bağlı reyd keçirən yol polisi ölkənin Baş naziri Kiriakos Mitsotakisin idarə etdiyi avtomobili saxlayıb.

“birdenem.az” xarici mediaya istinadən xəbər verir ki, yol polisi əməkdaşı Baş naziri alkotestdən keçməyə dəvət edib.

Mitsotakis yol polisinin tələbi çərçivəsində səyyar alkotestdən keçirilib və onun sərxoş olmadığı müəyyənləşib.

Bildirilib ki, hadisə vaxtı hökumət başçısının maşınında səhiyyə naziri Mikalis Krisoxoidis də olub.

Hadisənin görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.