Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Ölənə qədər işləməli deyiləm ki?”
 
						“Ölənə qədər işləməli deyiləm ki?”
Əlavə olunub: 05.08.2024 | 00:01 | Baxılıb: 6418
Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə eks-prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

“birdenem.az” Sherg.az-a istinadən xəbər verir ki, o öz istəyi ilə tutduğu vəzifədən azad edilməsini xahiş edib:

“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsinlər. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. Üç-dörd il orada işlədim. İndi istəyirəm istirahət edim. Qurtardı getdi, burada başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.

N.Məmmədov vurğulayıb ki, vəzifəsindən üç-dörd həftə əvvəl uzaqlaşıb: “Bu, çoxdan olub, niyə indi xəbər yayılır. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbiləşdirirlər. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.