Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyan Putinin andiçmə mərasiminə dəvət edilməyib
 
						Paşinyan Putinin andiçmə mərasiminə dəvət edilməyib
Əlavə olunub: 05.07.2024 | 15:34 | Baxılıb: 2278
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə dəvət edilməyib.

“birdenem.az” “Aysor” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı N.Paşinyan bugünkü mətbuat konfransında açıqlayıb.

O, dəvət edilmədiyindən tədbirdə iştirak etmədiyini bildirib: “Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan inauqurasiya mərasimində iştirakla bağlı dəvət almışdım, lakin Rusiya Prezidentindən belə bir dəvət gəlməyib”.

Paşinyan qeyd edib ki, dəvət edilsəydi belə, mətbuat konfransı daha vacib olduğundan tədbirə gedə bilməyəcəkdi: “Biz çox vacib məsələləri müzakirə edirik, ümid edirəm siz də belə düşünürsünüz”.

Xatırladaq ki, bu gün V.Putinin andiçmə mərasimi baş tutub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.