Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyan Putinlə hansı məsələləri müzakirə edəcəyini açıqladı
 
						Paşinyan Putinlə hansı məsələləri müzakirə edəcəyini açıqladı
Əlavə olunub: 05.07.2024 | 13:55 | Baxılıb: 2401
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də Rusiya Prezidenti Vladimir Putinlə görüşdə hansı məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

“birdenem.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə bugünkü mətbuat konfransında danışıb. 

“Rusiya ilə gündəlik çox müxtəlifdir. Bildiyiniz kimi, bu müddət ərzində çox sayda məsələ yaranıb. İki ölkə arasında çox və ikitərəfli münasibətlərə dair bütün məsələlər müzakirə mövzusu olacaq. Detallar artıq görüşdən sonra açıqlanacaq”, - deyə Paşinyan qeyd edib. 

Xatırladaq ki, V.Putinlə N.Paşinyan arasında görüş Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti çərçivəsində baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.