Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyanla Blinken telefonla danışdı
 
						Paşinyanla Blinken telefonla danışdı
Əlavə olunub: 04.28.2024 | 20:50 | Baxılıb: 1560
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

“birdenem.az” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını, həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır. Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.