Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.14.2025 | 13:19 | Baxılıb: 1908
Türkiyə Supe rLiqasında təmsil olunan “Qaziantep” futbol klubu “Hatayspor” ilə keçirilən U-17 oyununun ardından gənc komandanın futbolçularına hücum edildiyini açıqlayıb.

“birdenem.az” klubun məlumatına istinadən xəbər verir ki, dörd futbolçu xəsarət alaraq xəstəxanaya aparılıb.

Açıqlamada qeyd olunub ki, “Qaziantep”in 3:2 hesablı qələbəsi ilə bitən oyunun final fitindən sonra futbolçular rəqib komandanın nümayəndələri tərəfindən fiziki hücuma məruz qalıblar.

“Hatayspor” isə yayımladığı bəyanatla iddiaları təkzib edib. Klub hadisənin iki futbolçu arasında baş vermiş fərdi insident olduğunu və texniki məsul şəxs Çağdaş Cabiroğlunun məsələyə aidiyyəti olmadığını bildirib.

Oyunçunun üzr istədiyi və insidentin intizam qaydaları çərçivəsində dəyərləndiriləcəyi qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.