Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu
 
						“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu
Əlavə olunub: 05.07.2024 | 18:31 | Baxılıb: 3177
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

“birdenem.az” xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə instaqram hesabında bildirib.

Qapıçı 14 ildən sonra yığma ilə vidalaşdığını vurğulayıb.

Qeyd edək ki, Şehiç 2015 – 2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu olub. Təcrübəli oyunçu hazırda Səudiyyə Ərəbistanında “Əl-Halic”in formasını geyinir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.