Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.18.2025 | 20:31 | Baxılıb: 3026
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib .

“birdenem.az"in əldə etdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ-2107” markalı avtomobilə çırpılıb.

O, özünü xilas etmək üçün asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idarə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bəsti Məmməd

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.