Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qohumunun evində çoxlu pul olduğunu dedi - Birgə oğurladılar
 
						Qohumunun evində çoxlu pul olduğunu dedi 
							 - Birgə oğurladılar
Əlavə olunub: 05.08.2024 | 12:18 | Baxılıb: 3013
Lənkəranda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan “birdenem.az”ya verilən məlumata görə, Liman  şəhərindəki evlərdən birindən 8000 dollar və 930 min rubl oğurlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə və Rövşən Nuruşov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.