Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qubadlı və Suqovuşanda insan sümükləri tapıldı - Yenilənib
 
						Qubadlı və Suqovuşanda insan sümükləri tapıldı 
							 - Yenilənib
Əlavə olunub: 05.06.2024 | 13:05 | Baxılıb: 1885
Ağdərə rayonu ərazisində sümük fraqmentləri aşkar edilib.

“birdenem.az” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlanıb.

Fakt üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Həmçinin mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.