Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.15.2025 | 00:41 | Baxılıb: 10177
Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir.

“birdenem.az” xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanova Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızıdır. Dünyasını dəyişən 43 yaşlı Elmira Bağırova isə ailənin yaxınıdır.

Qəzada yaralanan şəxslər də Ramaldanovun yaxın qohumlarıdır. Onlar, Bakı şəhər sakinləri - sürücü 1962-ci il təvəllüdlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəllüdlü Rüstəm Qoşqar oğlu Rəhimovdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.