Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.11.2025 | 14:05 | Baxılıb: 15196
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.

“birdenem.az"in əldə etdiyi özəl məlumata görə, Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayələrdə ittiham edilir.

İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan R.Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.

***

Əldə etdiyimiz digər məlumata görə, Rəşad Daşdəmirov ittihamla razılaşmır. Bu səbəbdən o, həbs qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq rədd edib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.