Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.16.2025 | 14:47 | Baxılıb: 1470
“Ermənistan bütün qonşularının həyati maraqlarını nəzərə alır, lakin Tehranın rəsmi mövqeyi kimi bu ölkənin Xarici İşlər Nazirliyinə istinad edir”.

“birdenem.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İranın “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na (TRIPP) reaksiyası barədə danışarkən deyib. 

“Ermənistanda ölkənin suverenliyinə, ərazi bütövlüyünə zidd olan və Ermənistanın tam yurisdiksiyası altında olmayan hər hansı layihənin olması istisna edilir. İkincisi, biz qonşularımızın bütün həyati maraqlarını nəzərə alırıq, İrana gəlincə isə bu maraqlar böyük ölçüdə Ermənistanın maraqları ilə üst-üstə düşür. Düşünmürük ki, burada narahatlıq doğuracaq bir şey var”, - Rubinyan bildirib.

Xatırladaq ki, daha əvvəl İran ali dini lideri Əli Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın İrandakı səfiri Qriqor Akopyanla görüşü zamanı “Tramp marşrutu"in faktiki olaraq Zəngəzur dəhlizi layihəsi ilə eyni olduğunu və Tehranın buna qəti şəkildə qarşı çıxdığını bildirmişdi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.