Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rumen Radev Bakıda şəhidlərin xatirəsini andı
 
						Rumen Radev Bakıda şəhidlərin xatirəsini andı
Əlavə olunub: 05.08.2024 | 16:40 | Baxılıb: 970
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.

“birdenem.az” xəbər verir ki, Prezident Rumen Radev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.