Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəhid Ayaz Ağayev dəfn edildi - Fotolar
 
						Şəhid Ayaz Ağayev dəfn edildi 
							 - Fotolar
Əlavə olunub: 05.08.2024 | 15:05 | Baxılıb: 3437
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn edilib.

“birdenem.az” APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Ağayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.