Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Səkidə maşın sürdü, həbs edildi - Video
 
						Səkidə maşın sürdü, həbs edildi 
							 - Video
Əlavə olunub: 05.07.2024 | 10:40 | Baxılıb: 3510
Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs edilib.

“birdenem.az” Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.