
“birdenem.az” xəbər verir ki, hadisə ötən gün Aşırallar kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Mürvət Azad oğlu Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilini aşırıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Yunis Quliyev
