Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tanınmış klubun stadionu sel altında qaldı - Fotolar
 
						Tanınmış klubun stadionu sel altında qaldı 
							 - Fotolar
Əlavə olunub: 05.08.2024 | 00:27 | Baxılıb: 3091
Braziliyada baş verən sel fəlakəti nəticəsində “Qremio"in ev oyunlarını keçirdiyi stadion da zərər görüb.

“birdenem.az” xəbər verir ki, “Qremio Arena”nı su basıb və stadionun meydanı palçıqlı hovuza çevrilib. 

Qeyd edək ki, arena 2012-ci ildə istifadəyə verilib. 60 min tutumu olan  “Qremio Arena” Cənubi Amerikanın ən müasir stadionlarından biridir. 

Qeyd edək ki, Braziliyada ötən həftədən indiyədək davam edən yağış nəticəsində yaranan sel səbəbindən 84 nəfər dünyasını dəyişib, 111 nəfər itkin düşüb. 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.