Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.09.2025 | 15:51 | Baxılıb: 3660
Dünən baş verən güclü zəlzələ nəticəsində Yaponiya şərqə doğru sürüşüb. 

“birdenem.az” xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakətin episentr zonasının yaxınlığında yer qabığının təxminən doqquz santimetr sürüşməsi qeydə alınıb. 

Xatırladaq ki, ötən gün Yaponiyanın Şimali Aomori prefekturasında güclü zəlzələ qeydə alınıb. Əvvəlcə yeraltı təkanlar 7,2 bal gücündə qiymətləndirilsə də, sonradan 7,6 bal gücündə olduğu təsdiqlənib.

Zəlzələ nəticəsində 39 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində hündürlüyü 70 santimetr olan sunami dalğaları müşahidə olunub.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.