Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.12.2025 | 08:13 | Baxılıb: 1549
Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ olub.

“birdenem.az” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (YMA) açıqlama yayıb.

Bildirilib ki, təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı verilib.

Qeyd edək ki, dekabrın 8-də Yaponiyanın Aomori prefekturasındakı Misava bölgəsi sahillərində 7,5 bal gücündə zəlzələ baş verib və 50 nəfər xəsarət alıb.

YMA yaxın günlərdə oxşar və ya daha yüksək bal gücündə afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.