Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.12.2025 | 01:56 | Baxılıb: 3054
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukrayna münaqişəsinin həlli planı çərçivəsində qoşunları Donetsk vilayətindən çıxarmaqdan yenidən imtina edib.

“birdenem.az” xəbər verir ki, Ukrayna lideri bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bizim iki əsas razılaşdırılmamış mövqeyimiz var: bunlar Donetsk vilayəti və Zaporojye Atom Elektrik Stansiyasıdır. Müzakirə etməyə davam etdiyimiz iki mövzu bunlardır”, – deyə o söyləyib.

Xatırladaq ki, ABŞ-nin təklif etdiyi sülh planında Ukrayna qoşunlarının Donetsk vilayətinin qalan hissəsindən çıxarılmasına dair müddəalar yer alıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.