Birdenem.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
 
						Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
Əlavə olunub: 05.07.2024 | 15:56 | Baxılıb: 2178
Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib.

“birdenem.az” xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Saxlanılanlar arasında V. Zelenskinin mühafizəsinə cavabdeh olan Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin iki polkovniki də var. Bu şəxslərin Ukraynanın məxfi məlumatlarını sızdırdıqları bildirilir. 

Məlumatda, həmçinin ifşa olunan şəbəkənin Ukrayna prezidenti ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər məmurların həyatına qarşı sui-qəsd cəhdləri planlaşdırdıqları deyilir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.